ONN İnformasiya Agentliyi

Neymar PSJ-nin məşqini boykot etdi

Neymar PSJ-nin məşqini boykot etdi
26 Fevral 2020 - 19:45

PSJ-nin futbolçusu Neymar bu ay Paris klubunun nizam-intizam qaydasını pozub.

ONN media  “L’Équipe” nəşrinə istinadən xəbər verir ki, braziliyalı hücumçun komandanın məşqinə çıxmaqdan imtina edib. Hadisə Fransa kubokunun 1/4 finalında fevralın 12-i keçirilən “Dijon”la matçın (6:1) növbəti günü baş verib. 28 yaşlı oyunçu komanda ilə məşqə çıxmaq istəməyib. O, baş məşqçisi Tomas Tuhelə istirahətə ehtiyacı olduğunu bildirib.Neymarın bu hərəkəti T.Tuhelin “Dijon”la görüşdən sonra onun haqqında söylədiyi fikrə əsəbiləşdiyi üçün etdiyi iddia olunub. Mütəxəssisin Neymarın zədəsini tam sağaltmayacağı təqdirdə, Çempionlar Liqasının 1/8 finalında “Borussiya” ilə görüşdə oynatmayacağınını deməsi braziliyalı futbolçunun narazılığına səbəb olub.Neymar Dortmund klubu ilə oyundan sonra 4 matç oynatmaması ilə bağlı verilən suala belə cavab vermişdi: “Son matçlarda oynamamaq mənim seçimim deyildi. Mən oynamaq istədim. Özümü yaxşı hiss edirdim. Amma klub məni oynatmaq qorxdu. Acısını da mən çəkdim”. / Qol.az

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png