ONN İnformasiya Agentliyi

Niderland ABŞ-ı məğlub etdi- Yenilənib

Niderland ABŞ-ı məğlub etdi- Yenilənib
03 Dekabr 2022 - 20:57

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində qarşılaşacaq Niderland və ABŞ yığmalarının start heyətləri açıqlanıb.

ONN media xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.

Niderland: 23. Andries Noppert, 2. Yurien Timber, 4. Vircil Van Dayk, 5. Natan Ake, 22. Denzel Dümfriz, 15. Marten De Run, 21. Frenki De Yonq, 17. Deyli Blind, 14. Deyvi Klaassen, 10. Memfis Depay, 8. Kodi Qakpo

ABŞ: 1. Met Törnr, 2. Sejinyo Dest, 13. Tim Rim, 3. Uolker Zimmerman, 5. Entoni Robinson, 4. Tayler Adams, 6. Yunus Musa, 8. Ueston Makkeni, 21. Timoti Vea, 10. Kristian Pulişiç, 9. Xesus Ferreyra

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

***

Niderland – ABŞ matçı start götürdü.

***

Depay 10-cu dəqiqədə Niderlandı hesabda önə çıxardı: 1-0.

***

İlk hissənin sonuna əlavə edilmiş vaxtda Niderland Blindin qolu ilə fərqi artırdı: 2-0.

***

ABŞ yığması 76-cı dəqiqədə Raytın qolu ilə fərqi azaltdı: 2-1.

**

Niderland Damfrisin 82-ci dəqiqədə vurduğu qolla fərqi yenidən artırdı: 3-1.

***

Niderland ABŞ-ı 3-1 məğlub etməklə 1/4 finala yüksəldi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png