ONN İnformasiya Agentliyi

Pele ilə bağlı üzücü xəbər

Pele ilə bağlı üzücü xəbər
27 Dekabr 2022 - 8:35

Əfsanəvi braziliyalı futbolçu Pelenin vəziyyəti yenidən pisləşib, o, ailə üzvləri və yaxınları ilə vidalaşıb.

Bu barədə elit idmançılara kommersiya və təşkilatçılıq xidmətləri göstərən britaniyalı iş adamı Frank Xalid sosial şəbəkədə məlumat verib.

Onun sözlərinə görə, üçqat dünya çempionu xərçənglə mübarizədə uduzur.

Pele ödem və ürək çatışmazlığı səbəbindən noyabrın sonunda xəstəxanaya yerləşdirilmişdi.

Media keçmiş braziliyalı hücumçunun bağırsaq xərçəngi ilə mübarizədə bədəni artıq kimyaterapiyaya cavab vermədiyi üçün palliativ müalicə şöbəsinə köçürüldüyünü bildirib.

Lakin futbolçunun qızları Keli və Flaviya bu xəbərləri təkzib edərək atalarının xəstəxanaya yerləşdirilməsinə səbəb koronavirus olduğunu bildiriblər.

Pele, Qətərdə keçirilən Dünya Çempionatı zamanı dəfələrlə sosial şəbəkələrdə mesajlar yerləşdirib, o, xüsusilə azarkeşlərə dəstəklərinə görə təşəkkür edib və tezliklə sağalmalarını arzulayıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png