Pelenin qızından təsirli paylaşım

Əfsanəvi braziliyalı futbolçu Pelenin qızı Kelli Nasimento öz səhifəsində atasına həsr etdiyi yazı dərc edib.

Bu barədə ONN media xarici KİV-ə istinadla xəbər verir.

“Vaxt uçur… Xoşbəxt anlar əbədidir”, – deyə Nasimento atası ilə fotosunu paylaşaraq yazıb.

Xatırladaq ki, 2021-ci ilin sentyabrında keçmiş hücumçuya bağırsaq xərçəngi diaqnozu qoyulib. Bu ilin payızında Pelenin orqanizmi kimyaterapiyaya cavab verməyi dayandırıb. Həmçinin fəsadlar onun son vaxtlar əziyyət çəkdiyi COVID-19-a səbəb olub. Pelenin vəziyyəti pisləşməkdə davam edir. 29 noyabr 2022-ci ildən xəstəxanadadır.

Braziliya millisinin heyətində üçqat dünya çempionu noyabrın sonunda ödem və ürək çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Media onun orqanizminin bağırsaq xərçəngi ilə mübarizədə kimyaterapiyaya cavab vermədiyini bildirib.