ONN İnformasiya Agentliyi

Polina Rəhimova Azərbaycan millisi ilə vidalaşır

Polina Rəhimova Azərbaycan millisi ilə vidalaşır
10 Yanvar 2020 - 18:27

29 yaşlı voleybolçu Polina Rəhimova növbəti turnirlərdə Azərbaycan millisində olmayacaq.

Bu barədə idmançı özü xəbər verib.

İdmançı deyib: “Tokio olimpiadasından kənarda qaldıq. Növbəti oyun üçün hələ də həyəcanlıyam. Bu, millidə son oyunum olacaq”.

Polina Rəhimova 2007-ci ildən Azərbaycan millisinin şərəfini qoruyur.

Qeyd edək ki, millimiz Niderlandın Apeldorn şəhərində keçirilən Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində mübarizə aparır. A qrupunda yer alan komandamız Niderland millisinə 0:3, Bolqarıstan seçməsinə isə 1:3 hesabı ilə məğlub olub. Bununla da Vasif Talıbovun yetirmələrinin qrupda sonuncu yeri tutacağı dəqiqləşib. Yanvarın 11-də Polşa ilə keçirəcəyi son tur matçının nəticəsindən asılı olmayaraq, Azərbaycan millisi olimpiadaya lisenziya şansını itirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png