Xocalı rayon ümumtəhsil məktəbləri arasında voleybol üzrə rayon birinciliyi keçirilib

Xocalı rayon ümumtəhsil məktəbləri arasında voleybol üzrə rayon birinciliyi keçirilib


ONN media xəbər verir ki, bu gün Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Kosalar kənd tam orta məktəbinin idman zalında tarixdə Xocalı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə voleybol üzrə rayon birinciliyi keçirilib. 
Yarışdan əvvəl Xocalı rayon Gənclər və İdman idarəsinin rəisi Elməddin Bağırov və idarənin baş məsləhətçisi Ramiz Alıyev çıxış edərək ölkəmizdə aparılan gənclər siyasətindən və idmanın inkişafına göstərilən diqqət və qayğıdan söz açıblar, həmçinin rayon gənclərinin uğurlarını qeyd ediblər. Yarışın qaydaları izah edildikdən sonra iştirakçılara uğurlar arzulayıblar. Voleybol yarışının nəticəsinə əsasən, Xocalı rayon Yaloba kənd tam orta məktəbinin şagirdlərindən ibarət yığma komanda rayon birinciliyininin qalibi olub və Xocalı rayon Gənclər və İdman idarəsinin Fəxri Fərmanları və hədiyyələri ilə təltif ediliblər. 
Sonda qalib komandanın üzvləri ilə xatirə şəkilləri çəkdirilib.

    

 

 

 

Geri qayıt