FİFA "Barselona"nın futbolçusuna rədd cavabı verib

FİFA "Barselona"nın futbolçusuna rədd cavabı verib


FİFA İspaniyanın "Barselona" klubunun futbolçusu Munir EL Haddadinin Mərakeş millisində oynamaq istəyini rədd edib.

ONN media xəbər verir ki, İspaniya milli komandasında bir matçda iştirak edən hücumçu DÇ-2018-də Mərakeş yığmasında çıxış etmək üçün FİFA-ya müraciət etsə də, onun bu istəyi reallaşmayıb.

İspaniyanın "Alaveş" klubunda icarə əsasında çıxış edən 23 yaşlı futbolçu 2014-cü ildə İspaniya milli komandasının formasını geyinib. O, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Makedoniya millisini 5:1 hesabı ilə məğlub etdikləri matçda 13 dəqiqə meydanda olub. 

Geri qayıt