Azərbaycan hakimlərinə UEFA tərəfindən yeni təyinat

Azərbaycan hakimlərinə UEFA tərəfindən yeni təyinat


Azərbaycan hakimləri UEFA tərəfindən yeni təyinat alıblar.

ONN media xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda keçiriləcək Türkiyə-Malta oyununun baş hakimi Ömər Paşayev olacaq. Ona Namiq Hüseynov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.

Qeyd edək ki, Türkiyə-Malta oyunu martın 27-də keçiriləcək.

Geri qayıt