Şəhriyar Kramniklə heç-heçə oynadı

Şəhriyar Kramniklə heç-heçə oynadı


Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar turnirində bu gün sonuncu - XIV turun görüşləri keçirilir.

ONN media xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla rusiyalı Vladimir Kramnik ilə üz-üzə gəlib.

Görüş 54-cü gedişdə heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Bununla da Məmmədyarov xallarını 8-ə çatdırıb. Onun turnirin qalibi olma şanslarını qorumasından ötrü lider Fabiano Karuana Aleksandr Qrişuka uduzmalıdır.

Geri qayıt