Millimizlə oyuna qədər Starkov qovula bilər

Millimizlə oyuna qədər Starkov qovula bilər


İyunun 9-da Riqada Azərbaycan millisiylə üz-üzə gələcək Latviya seçməsinin baş məşqçisi dəyişə bilər.

ONN media xəbər verir ki, Cəbəllütariqə ötən həftə 0:1 hesabıyla yenilən seçmədəki vəziyyət yaxın günlərdə yenidən müzakirə olunacaq. Yerli futbol qurumu sözügedən yenilgini Latviya futbolu tarixində ən utancverici məğlubiyyətlərdən sayır və nəzərdə tutulan toplantıda ciddi qərarların veriləcəyi gözlənilir.

Bir il öncə 3-cü dəfə seçmənin "sükanı arxası”na gətirilən Aleksandr Starkovun qovulması da sürpriz sayılmayacaq. Artıq Latviya Futbol Federasiyasının baş katibi Yanis Mejetskis Starkova 3-cü imkan yaradılmamışdan öncə "Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukla danışıq apardıqlarını da dilə gətirib.

Geri qayıt