"Barselona" klubuna qarşı intizam işi açıb

UEFA İntizam Komitəsi İspaniyanın "Barselona" klubuna qarşı intizam işi açıb.
ONN media xəbər verir ki, buna səbəb klub azarkeşlərinin stadiona bəzi əşyalar atmasıdır.
Hadisə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında evdə "Roma"nı 4:1 hesabı ilə məğlub etdikləri oyunda baş verib.
Qeyd edək ki, UEFA İngiltərənin "Liverpul" klubuna qarşı da intizam işi açıb. Hər iki məsələyə mayın 31-i baxılacaq.