"Arsenal"a rəqib oldular, hücumçularını itirdilər

"Arsenal"a rəqib oldular, hücumçularını itirdilər


"Atletiko"nun futbolçusu Dieqo Kosta Avropa Liqasının yarımfinalında "Arsenal"la ilk oyunu buraxa bilər.

ONN media İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ispan hücumçu 1/4 finalda "Sportinq"lə cavab görüşündə zədələnib. Tibbi müayinədən keçən Kostanın dizaltı vətərində dartılma aşkarlanıb. Onun bərpa müddətinin məlum olmadığı bildirilib.

Qeyd eedək ki, "Arsenal" - "Atletiko" görüşü aprelin 26-ı keçiriləcək. Bu komandalar arasında cavab matçı isə mayın 3-ü Madrridə oynanılacaq.

Geri qayıt