Nazir istefa verib aksiyalara qoşuldu

Ermənistanda Nikol Paşinyanın rəhbərlik etdiyi etiraz aksiyaları davam edir.
ONN media xəbər verir ki, artıq “Yelk” fraksiyası Paşinyanın baş nazir postuna namizədliyini irəli sürüb. Bunu parlament deputatı Edmon Marukyan bəyan edib.
Paşinyanın baş nazir seçilməsi üçün 105 deputatın 53-nün səsi lazımdır. İki müxalif partiyanın 40 deputatı var. Müxalifət hakim partiyadan 13 səs də gözləyir.
İdman və gənclər naziri Qraç Rostomyan da tutduğu vəzifədən istefa verib aksiyalara qoşulub.