Cüdoçularımız daha bir uğuru

Mərakeşdə yeniyetmə cüdoçular arasında Afrika kuboku uğrunda beynəlxalq turnir keçirilib.
ONN media Ölkə.az-a istinadla xəbər verir ki, yarış bu ilin oktyabrında Argentinada baş tutacaq yeniyetmələrin Olimpiadasına lisenziya xalları verir.Azərbaycan cüdoçuları beynəlxalq turnirdə 7 qızıl, 7 gümüş və 4 bürünc medal qazanıblar.
Vüsalə Kərimova (44 kq), Səbinə Əliyeva (48 kq), Mirağa Hacıyev (50 kq), Mətin Rzayev (60 kq), Kamran Novruzov (73 kq), Yaqub İsmayılzadə (90 kq), Toğrul Salmanov (+90 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.