Messinin Bakıdakı tədbirinə nə qədər bilet satıldı?

Messinin Bakıdakı tədbirinə nə qədər bilet satıldı?
ABŞ-ın "İnter Mayami" klubunun futbolçusu Lionel Messi və komanda yoldaşlarının Bakıda iştirak edəcəyi tədbirə gün ərzində 10 000-dən çox bilet satılıb.

ONN media xəbər verir ki, görüş dekabrın 11-də Bakı Kristal Zalında baş tutacaq.
Messi ilə birlikdə tədbirdə dünya ulduzları Luis Suares, Serxio Buskets və Jordi Alba da iştirak edəcəklər.
Tədbirdə dünya şöhrətli bəstəkar və müğənni Villi Uilyam, məşhur "Morandi" qrupu yaddaqalan ritmlərlə musiqili proqramla çıxış edəcək.
Qeyd edək ki, satılan biletlərdən əldə olunan gəlir xeyriyyə məqsədilə sərf olunacaq.
Geri qayıt