"Qarabağ" bu qapıçı ilə yollarını ayırır

"Qarabağ" bu qapıçı ilə yollarını ayırır
“Qarabağ” legionerlərindən birini göndərməyi planlaşdırır.
ONN media xəbər verir ki, Ağdam təmsilçisi Fabiyan Buntiçlə yollarını ayırmağa hazırlaşır. Belə ki, Şahruddin Məhəmmədəliyevin dönüşündən sonra qapıçıların sayı çoxalıb. O qədər də yaxşı performans sərgiləyə bilməyən Buntiçin “Qarabağ”dan göndəriləcəyi, ən pis halda icarəyə veriləcəyi gözlənilir.
Qeyd edək ki, 27 yaşlı qolkiper 2024-cü il iyulun 1-də Ağdam klubuna keçib və o, 2027-ci il iyunun 30-na qədər bu komandaya məxsusdur.
Buntiç “Qarabağ”a qədər “İnqloştadt”, “Vizela” komandalarının qapısını qoruyub
Geri qayıt