"Neftçi" daha bir futbolçunu transfer etdi

"Neftçi" daha bir futbolçunu transfer etdi
"Neftçi" yaponiyalı futbolçu Ryonosuke Ohorini transfer edib.
ONN media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yarımmüdafiəçi "ağ-qaralar"ın heyətində 18 nömrəli formanı geyinəcək. 24 yaşlı futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlanıb.
Ohori futbola Yaponiyanın “Sanfreççe” klubunun akademiyasında başlayıb. Sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb. Orta xətt oyunçusu sürəti və driblinqi ilə də seçilir.
Geri qayıt