Qadın güləşçilərimiz Avropa çempionatında iki medal qazandı

Qadın güləşçilərimiz Avropa çempionatında iki medal qazandı


Rusiyanın Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.

ONN media xəbər verir ki, qadın güləşçilərimizdən ikisi həlledici oyuna çıxıb.

Finala qədərki yolda 3 rəqibini məğlub edən Elis Manolova (65 kq) həlledici görüşə çıxıb.

Milliləşdirilmiş legioner finalda Finlandiyanı təmsil edən Petra Olli ilə bacarmayıb və ikinciliklə barışıb.

Bundan əvvəl 3-cü yer uğrunda mübarizədə belaruslu Zalina Sidakova üzərində qələbə qazanan Alena Kolesnik (57 kq) bürünc medal qazanıb.

Geri qayıt