"Real" final oyununa çıxmayacaq?- ŞOK İDDİA

"Real" final oyununa çıxmayacaq?- ŞOK İDDİA
Real” İspaniya kubokunun finalında meydana çıxmaya bilər.
ONN media xəbər verir ki, “El Chiringuito”nun məlumatına görə, Madrid klubunun vəkilləri matçın hakimlərindən üzr istəmələrini tələb edən bəyanat hazırlayır.
Finaldan əvvəl keçirilən mətbuat konfransında, qarşılaşmanı idarə edəcək baş hakim Ricardo de Burqos Benqoeçea “Real” televiziyasının tənqidindən danışarkən ağlayıb:
“Uşağınız məktəbdə atasını oğru adlandırdıqları üçün evə ağlayaraq gələndə, bu, çox çətindir”, – hakim deyib.
Madrid klubunun televiziyası bir müddət əvvəl Rikardo de Burqosun “Kral Kuboku”nun finalına təyin edilməsini tənqid edərək , hakimin “Real”ın rəqiblərinin xeyrinə etdiyi bir sıra səhvləri əks etdirən video yayımlamışdı
Geri qayıt