"Qızıl top"a namizlədlər kimlərdir?

Mövsüm sonunda "Qızıl top" mükafatına sahib olacaq futbolçuların siyahısı bəlli olub.
ONN media xəbər verir ki, hazırda bu mükafatı qazanmağa əsas namizədlər "Barselona"nı təmsil edirlər.
Bukmeyker kontorlarına görə, əsas namizəd Rafinyadır, ikinci yerdə Lamin Yamal, üçüncü yerdə isə Pedri qərarlaşıb.
Qeyd edək ki, "Barselona" cari mövsümdə artıq iki kubok qazanıb. La Liqada isə "Real"ın 4 xal önündə liderdir. Katalon klubu Çempionlar Liqasının yarımfinalında bu gün "İnter"lə üz-üzə gələcək