"Yuventus" yeni formasını təqdim etdi

İtaliyanın "Yuventus" klubu 2025/26 mövsümü üçün yeni ev formasını təqdim edib.
ONN media xəbər verir ki, forma ənənəyə uyğun olaraq ağ-qara zolaqlı hazırlanıb. Lakin loqolarda, çiyinlərdə çəhrayı rəngli elementlərdən istifadə olunub.
Qeyd edək ki, Turin klubunun texniki sponsoru "Adidas" şirkətidir