"Milan"da ciddi maliyyə itkisi olub

Cari mövsümü uğursuz keçirən və avrokuboklardan kənarda qalan “Milan” ciddi maliyyə itkiləri ilə üzləşəcək.
ONN media xəbər verir ki, cari mövsümdə klub avrokuboklardan ümumilikdə 80 milyon avro qazanıb. Bunun 60 milyonu turnirdə iştirak, qələbə və heç-heçələr, 20 milyonu isə ev oyunlarının keçirilməsi hesabına əldə edilib.
Növbəti mövsümdə “rossonerilər” təxminən eyni məbləğə qazanmağı planlaşdırırdı. Lakin indi bu gəlirdən məhrum olacaqlar. Bu səbəbdən klub rəhbərliyi maliyyə strategiyasını yenidən nəzərdən keçirəcək. Əlavə gəlir əldə etmək üçün bəzi futbolçuları satılması planlaşdırılır