Azərbaycan millisinin kapitanı müəyyənləşdi

Latviya yığması ilə keçirəcəyi yoldaşlıq görüşündə futbol üzrə Azərbaycan millisinin kapitanı müəyyənləşib.
ONN media xəbər verir ki, bu barədə millinin baş məşqçisi Fernandu Santuş məlumat verib.
"Mən mətbuat konfransından getməmişdən qabaq bu suala cavab verəcəkdim. Əlbəttə, ilk "11-lik"də yer alacağı təqdirdə, kapitan Emin Mahmudov olacaq. Penalti də olsa, yenə Emin Mahmudov vuracaq", - deyə o vurğulayıb.
Qeyd edək ki, iyunun 10-da Riqadakı "Skonto" stadionunda keçiriləcək Latviya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.