Millimiz bu gün yoxlama oyununa çıxıb

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinə hazırlaşan Azərbaycan millisi bu gün növbəti yoxlama matçına çıxıb.
ONN media xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu komandamız Riqadakı "Skonto" stadionunda Latviya millisi ilə üz-üzə gəlib. Qarşılaşmada hesab açılmayıb.
Qarşılaşmanı Farruca Kan Trastinin başçılıq etdiyi hakimlər briqadası idarə edib.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıda Macarıstan komandası ilə də yoxlama oyunu keçirəcək. Bu, millimizin DÇ-2026 üçün son hazırlıq görüşü olacaq.