"Qarabağ" Elvinin yerinə Lanqanı gətirir

"Qarabağ" Elvinin yerinə Lanqanı gətirir
“Qarabağ” yaxın günlərdə növbəti transferini açıqlaya bilər. Söhbət Bruno Lanqadan gedir.
ONN media xəbər verir ki, bu barədə italiyalı məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Həmkarımızın sözlərinə inansaq, “Qarabağ” futbolçunun klubu “Almeriya” ilə anlaşıb.
Mozambik millisinin üzvü Lanqanın 1 milyon avro dəyəri var.

Geri qayıt