Ronaldo Messi ilə bağlı sualı cavablandırmaqdan imtina etdi

Ronaldo Messi ilə bağlı sualı cavablandırmaqdan imtina etdi
Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo Dünya Kubokunun qrup mərhələsinin ikinci turunda Özbəkistanla keçirilən matçdan (5:0) sonra Argentina yığmasının hücumçusu Lionel Messi ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
ONN media xəbər verir ki, Ronaldo sualı yarımçıq saxlayaraq “Növbəti sual” ifadəsini işlədib. Daha sonra isə “məni maraqlandırmır, doğru zaman deyil” deyib.
Qeyd edək ki, həmin oyunda Ronaldo Özbəkistan millisinin qapısına iki qol vuraraq komandasının 5:0 hesablı qələbəsində əsas rol oynayıb.

Geri qayıt