DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurdu
2026-cı il dünya çempionatında III turun oyunları davam edir.
ONN media xəbər verir ki, ikinci oyun günündə D qrupunun iki görüşü baş tutub.
Paraqvay millisi Avstraliya ilə qarşılaşıb. Oyun başladığı kimi də başa çatb: 0:0. Avstraliya 4 xalla qrupu ikinci, eyni xalla Paraqvay isə 3-cü pillədə başa vurub. Hər iki komanda adını 1/16 finala yazdırmağı bacarıb.
Qrupun digər matçında isə ev sahibi ABŞ Türkiyə ilə üz-üzə gəlib. 5 qolun vurulduğu matçda qalib Türkiyə millisi olub: 3:2.
Qrupu 3 xalla sonuncu pillədə bitirən Türkiyə üçün mundial başa çatıb. ABŞ isə 6 xalla qrupdan lider kimi çıxıb.
Hər iki matç Bakı vaxtı ilə saat 06:00-da start götürüb.
DÇ-2026
D qrupu, III tur
26 iyun
06:00. Paraqvay - Avstraliya 0:0
06:00. Türkiyə - ABŞ 3:2
Qol: Trasti, 3, Arda Gülər, 10, O. Kökçü, 31, Serhalter, 69, Kaan Ayhan, 90+8
