Çempionatdan medalla qayıtdılar

Çempionatdan medalla qayıtdılar


ONN media xəbər verir ki, aprelin 30-dan mayın 6-dək Rusiyanın Kaspiysk şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçirilib.

Bu yarışda ölkəmizin milli komandası da iştirak edib. Yarışda yığma komandamız sərbəst güləş üzrə Avropa ikincisi, yunan-Roma güləşi üzrə üçüncü olublar.

Milli komandamızın tərkibində güləşən DİN İdman Cəmiyyətinin yetirməsi Eldəniz Əzizli qələbə uğrunda inamlı mübarizə aparıb. Yunan-Roma güləşi üzrə millimizin favoritlərindən hesab olunan təmsilçimiz çəkisi 55 kiloqramadək olan güləşçilərin mübarizəsində bütün rəqiblərini məğlub edərək qitə çempionu adını qazanıb

E.Əzizlini bu yarışa İdman Cəmiyyətinin Təlim şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı əməkdar məşqçi Radik Hüseynov hazırlayıb.

Bu yarışda qadınlar arasında olan sərbəst güləş üzrə İdman Cəmiyyətinin daha bir yetirməsi Səbirə Əliyeva da iştirak edib. IV İslam Həmrəyliyi oyunlarının gümüş medalçısı S.Əliyeva bu çempionatda çəkisi 76 kiloqramadək idmançılar arasında finaladək irəliləyib, bürünc medal qazanıb.

Onu bu yarışa DİN Polis Akademiyasının Tədris-Metodiki şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Hicran Şərifov hazırlayıb.

[inpost_fancy thumb_width="200" thumb_height="200" post_id="35078" thumb_margin_left="0" thumb_margin_bottom="0" thumb_border_radius="2" thumb_shadow="0 1px 4px rgba(0, 0, 0, 0.2)" id="" random="0" group="0" border="" show_in_popup="0" album_cover="" album_cover_width="200" album_cover_height="200" popup_width="800" popup_max_height="600" popup_title="Gallery" type="fancy"][/inpost_fancy]

Geri qayıt