Xorvatiyanın qolu niyə ləğv edilib? – FİFA
FİFA DÇ-2026-nın 1/16 finalında keçirilən Portuqaliya – Xorvatiya matçında (2:1) Xorvatiya millisinin 90+13-cü dəqiqədə vurduğu qolun ləğvi ilə bağlı bəyanat verib.
ONN media xəbər verir ki, qurumun bəyanatında VAR-ın qərarının düzgün olduğu bildirilib.
Məlumata görə, matçın rəsmi topu olan “Trionda”ya quraşdırılmış “Connected Ball Technology” sistemi müəyyən edib ki, hücum zamanı İqor Matanoviç topa toxunub. Bundan sonra top Mario Paşaliçin önünə düşüb. Paşaliç isə həmin anda ofsayd vəziyyətində olduğundan qol haqlı olaraq qeydə alınmayıb.
FİFA vurğulayıb ki, topun daxilində yerləşdirilən IMU sensorları ən kiçik təması belə qeydə almaq imkanına malikdir. Bu texnologiya hakimlərə daha sürətli və dəqiq qərar qəbul etmək üçün əlavə məlumat təqdim edir.
Qeyd edək ki, Xorvatiya Portuqaliyaya 1:2 hesabı ilə uduzaraq DÇ-2026 ilə 1/16 final mərhələsində vidalaşıb.
