"Barselona"dan yeni transfer

“Sevilya”nın müdafiəçisi Kleman Lanqle karyerasını “Barselona”da davam etdirəcək.
ONN media “El Mundo Deportivo”ya istinadən məlumatına verir ki, klublar arasında razılıq əldə olunub.
“Barselona” Lanqlenin sərbəst qalma dəyəri olan 35 milyon avronu ödəyərək, onu heyətinə qatacaq. Fransız futbolçu ilə 5 illik müqavilə imzalanacağı gözlənilir.
Cari mövsümdə La Liqada 34 matçda meydana çıxan Kleman Lanqlenin aktivində 3 qol, 1 məhsuldar ötürmə var.