“Qarabağ” "Roma"ya da uduzdu

“Qarabağ” "Roma"ya da uduzdu


"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında son oyununu keçirib.

ONN media  xəbər verir ki, Azərbaycan təmsilçisi İtaliya paytaxtında "Roma"dan olan həmyaşıdları ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Roma" ilk yarıda 2, fasilədən sonra 1 qol vurub.

Beləliklə, Ağdam komandası UEFA Gənclər Liqasını 3 xalla sonuncu pillədə başa vurub.

Geri qayıt