Gözlənilən açıqlama gəldi! - Salah...
UEFA Çempionlar Liqasında Real Madrid ilə oynadıqları final oyununda xəsarət alan Liverpulun Misirli ulduzu Məhəmməd Salah, 2018 FİFA Dünya Kubokunda forma geyinəcək.
ONN media xarici mətbuata istinadla xəbər verir ki, Misir Futbol Federasiyasından bildiriblər ki, Sergio Ramos ilə girdiyi ikili mübarizədə çiyinindən xəsarət alan 25 yaşlı futbolçunun üç həftə sonra meydançalara geri dönməsinin gözlənildiyi qeyd edilib.
2018 FİFA Dünya Kubokunda ölkəsinin Uruqvay ilə 15 İyunda keçirəcəyi ilk qrup oyununda Saleh Əməlin komandadakı yerini alıb almayacağı isə qeyri-müəyyənliyini qoruyur.
A Qrupunda yer alan Misir, 19 İyunda ev sahibi Rusiya, 25 İyunda da Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.
Səidə Seyidova
