"Sumqayıt”ın baş məşqçisi təyin olundu

Nazim Süleymanov “Sumqayıt”ın baş məşqçisi təyin olunub.
ONN media xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb. Bildirilib ki, onunla 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Süleymanovun köməkçiləri haqqında hələ məlumat verilməyib.