Ronaldo özünü "tarixin ən güclü futbolçusu" adlandırdı

Ronaldo özünü "tarixin ən güclü futbolçusu" adlandırdı


Madridin “Real” klubu və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo “Qızıl top” mükafatına layiq görülməsini şərh edib.

ONNmedia-nın xəbərinə görə, onun sözlərini “France Football” nəşri sitat gətirir.

Ronaldonun fikrincə, hələ dünyaya ondan güclü futbolçu gəlməyib.

“Mən dünya tarixinin ən yaxşı futbolçusuyam”, - hücumçu bəyan edib.

Xatırladaq ki, dekabrın 7-də 32 yaşlı futbolçu beşinci dəfə “Qızıl top” mükafatını qazanıb. Hücumçu səsvermədə “Barselona”dan Lionel Messi və PSJ-dən Neymarı qabaqlayıb. Mükafatların sayına görə o Messiyə çatıb. 

2017-ci ildə Ronaldo “Real”ın heyətində İspaniya çempionatı və Çempionlar Liqasının qalibi olub.

Geri qayıt