"Sumqayıt" klubu gənc müdafiəçi ilə müqavilə imzaladı

“Sumqayıt” klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.
ONN media klubun saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi “Qəbələ”nin üzvü Yusif Nəbiyevi bir illik icarəyə götürüb.
Bu, "Sumqayıt"ın 4-cü transferi olub. Nazim Süleymanovun baş məşqçi olduğu kollektivə daha əvvəl Əfran İsmayılov, Elvin Məmmədov və Şəhriyar Əliyev cəlb edilib.
Qeyd edək ki, Yusif Nəbiyev 2016/2017 mövsümündə də “Sumqayıt"ın şərəfini qoruyub. 20 yaşlı cinah müdafiəçisi 19 oyunda (1268 dəqiqə) 3 qola imza atıb.