Türkiyə millisinin üzvü rəsmən La Liqa klubunda

"Trabzonspor"un futbolçusu Okan Yokuşlu karyerasını İspaniya La Liqasında davam etdirəcək.
ONN media xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi “Selta”da çıxış edəcək.
Klubun rəsmi saytı Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə imzalandığını açıqlayıb. Qeyd edək ki, Yokuşlu 2015-ci ildən "Kayserispor" dan “Trabzonspor”a transfer olunmuşdu. H
Həmin vaxtdan Türkiyə millisinə də dəvət alan futbolçu 11 oyuna 1 qol vurub.