"Barselona" yeni formasını təqdim etdi -FOTO

"Barselona" yeni mövsümdə səfər oyunlarında istifadə edəcəyi forma dəstini təqdim edib.
ONN media xəbər verir ki, yeni formada sarı rəngə üstünlük verilib.
Katalon klubunun səfər forması "Nike" şirkəti tərəfindən hazırlanıb.
Qeyd edək ki, "Barselona" daha öncə ev matçlarında geyəcəyi əsas formasını ictimaiyyətə təqdim etmişdi.