“Bunu etiraf edirəm”

“Bunu etiraf edirəm”


“Biz əvvəlki kimi oynamadıq. Komanda şəklində məğlubiyyəti hiss edirdik”.

ONN media xəbər verir ki, bu sözləri Uruqvay millisinin baş məşqçisi Oskar Tabares deyib.

O, dünya çempionatını ¼ final mərhələsində Fransaya məğlub olduqları oyundan danışıb . Tabares rəqibi tərifləməyi də unutmayıb: “Geri dönüş etmək üçün çox şeylərə əl atdıq. Amma ikinci qolu da buraxdıq. Əvəzetmələrimiz kömək etmədi.

Görüşün gedişini dəyişmək üçün qeyri-insani səylər göstərdik. Amma rəqib çox yaxşı oynadı. Bunu qəbul və etiraf edirəm. Dünya çempionatı bizim üçün bitdi və biz Amerika Kubokuna hazırlaşacağıq. Gələcəyimiz barədə düşünəcəyik. Futbol elitasının bir çox ölkəsi bizdən əvvəl Rusiyanı tərk etdi. Məğlubiyyət ağrılıdır və əzab verir. Onu aradan qaldırmaq lazımdır. Kiçik detallar oyunun taleyinə təsir edir”.

 

Geri qayıt