Ronaldodan xəbər var

Ronaldodan xəbər var


"Yuventus"un yeni transferi Kriştiano Ronaldonun İtaliya klubunda neçə nömrəli forma ilə çıxış edəcəyi bəlli olub.

ONN media xəbər verir ki, o, Turin təmsilçisində 7 nömrəli formanı tərlədəcək.

Qeyd edək ki, indiyədək "Yuventus"da sözügedən nömrə Xuan Kuadradoda məxsus idi. Lakin kolumbiyalı futbolçu şəxsi "instagram" səhifəsində paylaşım edərək, Ronaldoya 7 nömrəli formayla uğurlar arzu edib: "Bu formanı ona vermək xoşdur. Ronaldoya yeni macərasında uğurlar arzulayıram".

Geri qayıt