PSJ Neymarın maaşını fantastik həddə çatdırdı

PSJ braziliyalı ulduzu Neymarı satmaq fikrindən uzaqdı.
ONN media "As” nəşrinə istinadən xəbər verir ki, hücumçunun "Real”a transferinə əngəl olmaq üçün daha öncə Braziliya millisinin fizioterapevti Bruno Matsiottini komandaya dəvət edənrəhbərlik forvardın maaşını da artıracaq.
Hazırda Neymar ildə 37 milyon avro məvacib alır. Fransa klubunun bossları "sambaçı"nın əməkhaqqısını 50 milyon avroya qədər qaldırmağı planlaşdırıb. Bu isə o deməkdi ki, Neymar Messi qədər qazanacaq.