“Barselona”nın yeni transferi rəsmiləşdi - FOTO

“Barselona” klubu “Sevilya”dan transfer etdiyi müdafiəçisi Kleman Lanqleni təqdim edib.
ONN media xəbər verir ki, 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Fransız futbolçunun keçidi üçün “Sevilya”ya 35,9 milyon avro ödənilib. Onun sərbəst qalmaq məbləği isə 300 milyon avro təyin edilib.