“Qarabağ” bu dəfə hücum xəttini gücləndirdi

Yeni mövsümə 6 yeni transferlə başlayan “Qarabağ” bu dəfə hücum xəttini gücləndirib.
ONN media xəbər verir ki, Ağdam təmsilçisi “Bursaspor”un forvardı Con Delarjı heyətinə qatıb. Konqolu hücumçu ilə 3 (2+1) illik müqavilə imzalanıb.
C.Delarj karyerasına Kamerunun “Union Duala” klubunda başlayıb. Daha sonra “Dunayska Streda” (Slovakiya), “Slovan” (Liberets, Çexiya), Avstriyanın “Admira” və “Osmanlıspor” (Türkiyə) klublarında oynayıb. 28 yaşlı hücumçunun son klubu isə “Bursaspor” olub.
Konqo yığmasının heyətində 12 oyuna çıxan C.Delarj 1 qolla yadda qalıb.