Qomes Almaniya millisini tərk edir

“Ştutqart” klubunun hücumçusu Mario Qomes millidə karyerasını başa vurub.
ONN media xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkədə məlumat yayıb.
Qeyd edək ki, Qomes 2007-ci ildən Almaniya millisində çıxış edib. Yığmada 78 matçda 31 qol vurub.