“Qalatasaray” sabiq futbolçusunu qaytardı - FOTO

“Qalatasaray” sabiq futbolçusunu qaytardı - FOTO


Türkiyənin “Qalatasaray” klubu “Stok Siti”nin yarımmüdafiəçisi Badu Ndiayeni bir mövsümlük icarəyə götürüb.

ONN media xəbər verir ki, “Qalatasaray” bu keçid qarşılığında “Stok Siti”yə 750 min avro icarə haqqı ödəyəcək.

Ndiaye özü isə yeni komandasında ilinə bütövlükdə 2 milyon 700 min avro qazanacaq.

Qeyd edək ki, bu, Ndiayenin “Qalatasaray”a ikinci gəlişidi. O, 2017/18 mövsümünün ilk dövrəsində də bu komandada çıxış edib.

Geri qayıt