Şəhriyarın növbəti UĞURU

Şəhriyarın növbəti UĞURU


Beynəlxalq Şahmat Federasiyası (FIDE) avqust ayının nəticələrinə əsasən dünyanın ən güclü şahmatçılarının reytinqini açıqlayıb. 

ONN media xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Sent-Luisdəki superturnirdə uğurlu çıxışına görə reytinqini 19 bal yaxşılaşdırıraq 2820 bala çatdırıb. 

Bu, Azərbaycan şahmatı üçün yüksək göstəricidir. 

Ş. Məmmədyarovu reytinqdə yalnız norveçli Maqnus Karlsen (2839) və amerikalı Fabiano Karuana (2827) qabaqlayır. 

Geri qayıt