Bakıda Avroliqanın finalına biletlər bu tarixdən satılacaq

2019-cu ildə paytaxda keçiriləcək Avropa Liqasının final oyununa biletlər gələn ilin mart ayında satışa veriləcək.
ONN media bildirir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.
Xatırladaq ki, Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.