Milli komandamızın oyunlarının vaxtı açıqlandı

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək Azərbaycan yığmasının oyunlarının başlama vaxtı açıqlanıb.
ONN media milli.az -a istinadən xəbər verir ki, 8-ci qurupda yer alan millimizin oyunlarının təqvimi aşağıdakı kimidir:
23 oktyabr
Azərbaycan - Norveç
Roza Haxhiu stadionu. Saat 14:00
26 oktyabr
Çexiya - Azərbaycan
Roza Haxhiu stadionu. Saat 14:00
29 oktyabr
Albaniya - Azərbaycan
Elbasan Arena. Saat 17:00