Qadın voleybolçularımızdan İLK QƏLƏBƏ

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan yığması Yaponiyada keçirilən dünya çempionatında Koreya komandası ilə qarşılaşıb.
ONN media xəbər verir ki, oyun voleybolçularımızın qələbəsi ilə yekunlaşıb. Matç Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb (25:18, 25:18, 23:25, 25:18).
Azərbaycan millisi növbəti görüşü oktyabrın 2-də Rusiya yığmasına qarşı keçirəcək.