"Qarabağ"ın Avropa Liqasındakı son iki ev oyununun biletləri SATIŞDA

"Qarabağ"ın Avropa Liqasındakı son iki ev oyununun biletləri SATIŞDA


“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində son iki ev oyununun biletləri artıq satışdadır.

ONN media xəbər verir ki, oktyabrın 25-də Ukraynanın “Vorskla” (Poltava) klubu ilə matçın biletlərinin qiymətləri müvafiq sektorlara görə 2, 4, 8, 10 və 50 (VIP) AZN arasında dəyişir.

Noyabrın 29-da Portuqaliyanın “Sportinq” klubu ilə matçın biletləri isə 2, 5, 10, 15 və 50 (VIP) AZN təşkil edir.

Geri qayıt