"Qalatasaray"a AĞIR CƏZA

"Qalatasaray"a AĞIR CƏZA


Türkiyə Superliqasının 11-ci turunda baş tutan "Qalatasaray" - "Fənərbağça" qarşılaşmasında yaşanan insidentə görə cəzalar məlum olub.

ONN media xəbər verir ki, Peşəkar Futbol İntizam Komitəsinin qərarlarına görə, ən ağır cəza "Qalatasaray"ın baş məşqçi köməkçisi Hasan Şaşa və "Fənərbağça"nın futbolçusu Jailsona verilib. Hər ikisi 8 oyunluq diskvalifikasiya olunub. "Cim-Bom"un baş məşqçisi Fatih Terim 7 oyunda komandasını kənardan izləyəcək. Rayan Donkun (Qalatasaray) 6 oyunluq cəza alması da diqqət çəkib. Bundan başqa, Roberto Soldadoya da (Fənərbağça) 6, Badou Ndiayeyə (Qalatasaray) isə 5 oyunluq cəza verilib.

Eyni zamanda hər iki komandaya pul cəriməsi də kəsilib.

Qeud edək ki, İstanbul derbisi 2:2 hesabıyla başa çatmışdı.(publika.az)

Geri qayıt